Cənubi Koreyanın sabiq birinci xanımı Kim Kon Hi bahalı hədiyyələr almaqda təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib.
KONKRET.az xəbər verir ki, məlumata görə, Kim Kon Hi biznesmenlərdən və məmurlardan onların problemlərinin həllinə kömək göstərmək müqabilində bahalı hədiyyələr qəbul edib.
İstintaq materiallarına əsasən, ona ümumi dəyəri təxminən 290 milyon von (təxminən 189 min ABŞ dolları) olan hədiyyələr verilib. Bunların arasında Dior və Chanel markalı çantalar, eləcə də bahalı zinət əşyaları yer alıb.\\Musavat.com
