Kelloq Kiyevə gəldi: Vacib görüşlər gözlənilir…backend

Kelloq Kiyevə gəldi: Vacib görüşlər gözlənilir...

ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.

KONKRET.az xəbər verir ki, bundan əvvəl Volodimir Zelenski Kelloqun fevralın 22-dək Ukrayna paytaxtında qalmaq niyyətində olduğunu bildirmişdi.

Onun prezident Zelenski, müdafiə naziri Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin rəisi Aleksandr Sırski və ola bilsin ki, hərbi kəşfiyyat rəhbəri Kirill Budanovla danışıqları planlaşdırılır.

Kelloqun Ukraynaya səfəri Vaşinqton və Kiyev arasında faydalı qazıntılar üzrə sazişin uğursuzluğu, Ər-Riyadda Rusiya ilə ABŞ arasında danışıqlar və ABŞ prezidenti Donald Trampın Zelenskini tənqid etməsi fonunda baş verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*