Kəramət Böyükçölün atası: “Hakimiyyət daha demokratik və legitimdir, nəinki müxalifət…”backend

Kəramət Böyükçölün atası: "Hakimiyyət daha demokratik və legitimdir, nəinki müxalifət..."

“Kəramət Böyükçöl nə edir? Kitab satır də, pis iş görmür ki. Özü də harada satır? Küçədə. Motorsuz avtobusda. Bu adam necə hakimiyyətin layihəsi ola bilər? Etik cəhətdən bunu demək düzgün deyil. Kitab satışı böyük bir şəbəkə, yaxud vəzifədir? Kəramət kitabı özü satır. Daha doğrusu, kitabın fəhləsi, satıcısıdır. Kitabı müxalifətə də satır, hakimiyyətə də. Azərbaycan mədəniyyətinin inkişafına kömək edir. Mən də hamısını oxuyuram. Kəramət çox istedadlı yazıçıdır, istedadlı cavabları var. Bir cümləsi hamısını yerlə yeksan etdi. Cavab verə bilmirlər, çünki yazıçıya cavab vermək çətindir, yazıçı bütün hadisələrin içindədir, hər şeyi aydın görür. Hakimiyyət çox doğru-düzgün yoldadır. Hakimiyyət daha demokratikdir, legitimdir, nəinki müxalifət. Müxalifət daha qəddardır. Mən hakimiyyətyönlü bir adamam. Heç bir ictimai-siyasi partiyanın üzvü olmamışam, üzvü deyiləm, fikrim də yoxdur. Şairəm, statusum ancaq budur. Oğlum da yazıçıdır. Bu xalqa, vətənə kitablarımızla xidmət edirik. Biz zavod, fabrik açmamışıq, dostumuzu satmamışıq, dostumuzun üzünə durmamışıq, vətənimizi qoyub xaricə qaçmamışıq. Biz vətənimizi, yurdumuzu, torpağımızı, Qarabağımızı, Bakımızı sevirik. Xaricə qaçanların oradan hakimiyyətə gəlmək istəkləri mənə çox gülməli gəlir. Vətəndən xaricə qaçmısan, başlamısan ki, hakimiyyətə gələcəyəm. Sən qorxundan Azərbaycandan qaçmısan. Bu torpaqdan, millətdən, çaydan, torpaqdan, eldən, obadan, Qarabağdan güc almayan necə müxalifətçi ola bilər?”

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Kəramət Böyükçölün atası, tanınmış şair Qəşəm Nəcəfzadə deyib.

“Mən həmişə cənab Prezidentimizi dəstəkləmişəm. Qarabağ alınıb, ölkəmiz dünyada tanınır, Azərbaycan bütövdür. Qarabağ məsələsi cənab Prezidentin dövründəki kimi tarix boyu bu cür gözəl həll olunmayıb. Qarabağ indi bötüvlüklə bizimdir. Buna sevinmək lazımdır, bəs bunlar niyə sevinmirlər? Kəramət gənc yazıçıdır, sözünü, həqiqəti deyir. Amma elə ironiya ilə, ustalıqla, sərrast, sətiraltı mənalarla deyir, müxalifətin özü də dərk etmir ki, bu söz onların ziyanlarına, yoxsa xeyirlərinədir. Hər şey sözdən, qələmdən keçir. “Yazıçı” sözü güclüdür. Kəramət onların cəmi partiyasından güclüdür, cəmi partiyalarına dəyər. Düşmüsünüz ki, beş ildir, mənə ev verilib. Xüsusilə, müxalif nümayəndələr ev məsələsinin ağını çıxardılar. Elə şeylər var, dilə gəlmir. Hər adamın evi olmalıdır. Bunun nəyi pisdir? Arzu edirəm ki, hamının evi olsun. Bunu dönə-dönə təkrarlamaq yaxşı deyil. Görməmiş uşağı görməmiş… Adam hində yaşamamalıdır ki. Niyə buna sevinmək istəmirsiniz? Geridə qalmışlığın nümunəsidir. Primitiv düşüncədir. Müxalifət olasan, bu sözü dilinə gətirəsən. Baxıram ki, hamı Kəraməti sevir. Görün, nə qədər tərəfdarları var. Hətta özləri yazırlar ki, Kəramət gücdür. Demirəm ki, Kəramətin güc olduğuna sevinirəm. Düz dediyinə sevinirəm, güc olmasına yox. Kəramətin mənə aidiyyəti olmasa belə, yenə də onun fikirlərinin tərəfində dayanaram ki, sözü deyəndə tutarlı deyir. Onlara demək istəyirəm ki, xalqın yazıçısını bu cür düşürmək olmaz. Bu adam vəzifədə deyil. Siz yenə vəzifədə olub gəlmisiniz. İndi nə olub? Kəramət küçəyə düşüb, kitab satır. Sizə xidmət edir. Müxalifətin liderləri də Kəramətin kitabları haqqında məqalə yazıblar. Məsələn, Cəmil Həsənli. Mənim oğlum vətənin, dövrünün, zamanın, sözün oğludur. O, uzun-uzadı məqalə yazmır. Kəramətin bir cümləsi müxalifəti darmadağın etdi. Mənim oğlum oldu, ya olmadı, yazıçı ilə savaşmaq çətindir…” – Q.Nəcəfzadə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*