“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etirafbackend

"Kərki Ermənistan ərazisi deyil" - Paşinyandan etiraf

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi deyil.

KONKRET.az unikalaz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Alma-Ata Bəyannaməsinin qəbul edildiyi tarixə qədər Ermənistan və Azərbaycan ərazilərini göstərən xəritələr mövcuddur və məhz bu xəritələrlə Kirants sektorunda demarkasiyanı həyata keçirmişik. Bu xəritələrdə Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi deyil. Bu, bizim qəbul etməli olduğumuz bir faktdır”, – deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, bu məsələləri hərbi yolla həll etmək kimi bir seçim yoxdur: “Bu, bağlı və keçmiş bir səhifədir. Bu məsələlər xalq və hər iki ölkə, o cümlədən həmin ərazilərdə yaşayan sakinlər üçün əlverişli şəkildə həll edilməlidir. Sərhəd demarkasiyası prosesləri nəticəsində Ermənistanın ərazisi 29.743 kvadrat kilometr olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*