Ermənistanda seçkiöncəsi siyasi debatlar fonunda anklav məsələsi yenidən gündəmə gəlib və hakimiyyətin mövqeyi ətrafında mübahisələr dərinləşib.
KONKRET.az xəbər verir ki, keçmiş ombudsman və Vahidlik Qanadları Partiyasının lideri Arman Tatoyan hökumətin Kərki və Başkəndlə bağlı yanaşmasını sərt tənqid edib.
Tatoyan Tavuş bölgəsindəki ərazilərlə Kərki kəndinin Başkəndlə müqayisə edilməsinin təhlükəsizlik baxımından yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələyə yanaşma dəyişdirilməli və anklav mövzusu siyasi manipulyasiya predmetinə çevrilməməlidir.
Keçmiş ombudsman hesab edir ki, anklavlarla bağlı proseslər Ermənistan üçün ciddi təhlükəsizlik riskləri yarada bilər. O bildirib ki, bu məsələdə əsas məqsədin ərazi balansı deyil, regiondakı strateji vəziyyətə təsir göstərmək olduğu düşünülür.\\Musavat.com
