“Kiyev danışıqları pozmaq üçün rus diplomatlarına qarşı terror aktları törədə bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya kəşfiyyatının məlumatında deyilir.
Məlumatda bildirilir ki, Kiyev bunun üçün Slovakiya və Macarıstanı seçə bilər.
“Ukrayna danışıqları pozmaq variantlarından biri kimi Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinə qarşı silsilə terror aktlarını nəzərdən keçirir.
Ukraynanın Almaniya, Baltikyanı və Skandinaviyada analoji hücumlara cəhd etməsi ehtimalı yüksəkdir. Bu dövlətlərlə Rusiya arasında əməkdaşlıq Aİ-də ən aşağı səviyyədədir və antiterror istiqamətində xüsusi xidmət orqanları arasında əlaqələr praktiki olaraq məhdudlaşdırılıb. Kiyevin Slovakiya və Macarıstanda terror aktları törətməyə cəhd etməsi də mümkündür, çünki belə seçim “əlavə faydalar” vəd edir”, – Kəşfiyyat xidmətinin hesabatda deyilir.
Müşviq Tofiqoğlu
KONKRET.az