Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti açıqlayıb ki, Şimali Koreya Ukrayna müharibəsində indiyədək 2 minədək canlı qüvvə itirib.
KONKRET.az xəbər verir ki, bu məlumat parlamentin kəşfiyyat komitəsinə qapalı brifinq zamanı təqdim olunub.
Deputatlar Pak Son Von və Li Son Gyonun sözlərinə görə, Pxenyan Rusiyaya əlavə olaraq daha 6 min hərbçi göndərməyi planlaşdırır.
Artıq minə yaxın mühəndis-istehkamçı ölkəyə çatıb.
Müşviq Tofiqoğlu
KONKRET.az