Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanı rəsmi şəkildə Birləşmiş Krallıq üçün “birbaşa və ciddi təhdid” kimi tanımağa hazırlaşır. Bu barədə The Guardian nəşri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, yaxın günlərdə dərc olunması planlaşdırılan strateji müdafiə icmalında Rusiyanın Qərb və xüsusilə də Böyük Britaniya üçün əsas təhlükələrdən biri olduğu vurğulanacaq. 130 səhifəlik sənəd Baş nazir Starmerin üç əsas müşaviri tərəfindən hazırlanıb və Birləşmiş Krallığın “yeni təhdidlər dövrünə” daxil olduğunu bəyan edir. Bu dövrdə döyüşlərin mahiyyətini dronlar, süni intellekt və digər texnologiyalar tarixdə heç vaxt olmadığı qədər dəyişir.
Sənəddə Ukraynadakı müharibədən çıxarılan dərslərə əsaslanaraq Rusiyanın fəaliyyəti xüsusi olaraq qeyd olunur. Gözlənilir ki, bu icmal Kir Starmer hökumətinin yeni müdafiə strategiyasının əsasını təşkil edəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az