Kirayə ev istəyən vətəndaş aldadıldı – VİDEObackend

Kirayə ev istəyən vətəndaş aldadıldı - VİDEO

İsmayıllıda saxta kirayə elanları sakinləri və turistləri çətin vəziyyətdə qoyub. Bəzi şəxslər sosial şəbəkələrdə başqalarının mənzillərini paylaşaraq, oxşar adlarla saxta səhifələr yaradıblar. Müştərilərdən əvvəlcədən beh alındıqdan sonra isə onlara zəng çatmır.

KONKRET.az xəbər verir ki, günlük kirayə ev tutmaq istəyən Eyvaz Dənyarov aldadılıb.

Zərərçəkən deyir ki, sosial şəbəkədə İsmayıllı rayonu ərazisində beşotaqlı evin sutkalıq 120 manata kirayə verilməsi ilə bağlı elana rast  gəlib. Razılaşıb, 100 manat beh ödəyib. Ünvana çatanda aldadıldığını bilib.

Belə hallar mənzil kirayə verənlərin işinə də mənfi təsir göstərir. Vətəndaşlar deyirlər ki, dələduzlar onların evlərinin şəkillərindən və ünvanlarından istifadə edir.

Mənzil sahibi Cavid  Bədəlov baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*