Kişi müəllimlər niyə azalır?backend

Kişi müəllimlər niyə azalır?

Təhsil cəmiyyətin təməlidir. Amma o təməli möhkəmləndirən müəllimlərin arasında kişilərin sayı getdikcə azalır.

Statistikalar göstərir ki, xüsusilə ibtidai və orta məktəblərdə kişi müəllim tapmaq müşkülə çevrilib.

Bəs bunun səbəbi nədir? Kişilər niyə müəllimlik peşəsinə maraq göstərmir və ya niyə bu sahədə uzun müddət qala bilmirlər?

KONKRET.az xəbər verir ki, millət vəkili, Aydın Mirzəzadə deyir ki, kişi müəllimlərinin təlim-tədris prosesində rolunu artırmaq üçün onların maraqları nəzərə alınmalıdır:

“Təklif edirəm ki, məktəblərdə xüsusi direktor müavini ştatı ayrılsın və bu vəzifəyə kişi müəllim təyin olunsun. Müvafiq maaşla təmin edilməsi isə istər-istəməz məktəblərdə kişi müəllimlərin sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda məktəb psixoloqları arasında da kişi mütəxəssislərin olması vacibdir. Kişi müəllim obrazının mövcudluğu uşaqların dünyagörüşünə və baxış bucağına da müsbət təsir göstərəcək”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayı 143 min nəfərdir. Onlardan 19 930-u kişi müəllimdir.

Ətraflı Baku TV-nin süjetində:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*