Kişi torpaq üstündə qonşusunu öldürdü – Gəncədəbackend

Kişi torpaq üstündə qonşusunu öldürdü - Gəncədə

Gəncə şəhərində qonşular arasında dava qətllə nəticələnib.

KONKRET.AZ xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində “Dəmiryolu” adlanan yaşayış massivində baş verib.

Həmin ərazidə yaşayan Gəncə şəhər sakini Akif İsrafilov qonşusu, 1990-cı il təvəllüdülü Zeynal Kərimov ilə torpaq sahəsi üstə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə A.İsrafilov evində saxladığı ov tüfəngi ilə atəş açaraq Z.Kərimovu qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*