Kişi uşaq mağazasında qalmaqal saldı – Kassir qızı döydü – VİDEObackend

Kişi uşaq mağazasında qalmaqal saldı - Kassir qızı döydü - VİDEO

Rusiyanın Moskva vilayətinin Taldom şəhərində kişi uşaq malları mağazasında qalmaqal yaradaraq kassir işləyən qıza xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə mağazada kişinin oğlu ilə birlikdə alış-veriş etməsi zamanı baş verib.

Ödəniş zamanı kişi aldığı məhsulun qiymətinin vitrin üzərində göstərilən məbləğdən fərqli olduğunu görüb. Bundan sonra o, mağazada yüksək səslə söyüş söyməyə başlayıb və kassir qızın üzünə zərbə endirib.

Hadisə barədə polisə yaxınlıqdakı sifarişlərin təhvil verilməsi məntəqəsinin əməkdaşı məlumat verib.

Polis əməkdaşları qalmaqal yaradan şəxsi saxlayıblar. Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*