Rusiya Ukrayna ərazisinə bir neçə dəfə kütləvi zərbələr endirmək üçün raket ehtiyatı yığıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
“Rusiya bir neçə kütləvi hücum üçün raket toplayıb və onları toplamaqda davam edir, Ukrayna düşmənin strategiyasını bilir və hazırdır”, – deyə Kovalenko bildirib.
Onun sözlərinə görə, indi Rusiya bu hücumun nəticələrini informasiya baxımından genişləndirir:. Lakin hərbçilərinin verdiyi qiymətlər reallığa uyğun gəlmir. Hücum zamanı Ukraynanın hava hücumundan müdafiəsi effektiv işləyib.