Kiyev: Danışıqlara sülh üçün yox, ittihamlardan yayınmaq üçün gedirikbackend

Kiyev: Danışıqlara sülh üçün yox, ittihamlardan yayınmaq üçün gedirik

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy bildirib ki, Ukrayna Rusiya ilə aparılan danışıqlarda iştirak etməklə real nəticə əldə edəcəyinə deyil, beynəlxalq ittihamlardan yayınmağa çalışır.

KONKRET.az xəbər verir ki, Tixiy bu barədə açıqlamasında deyib: “Ukrayna nümayəndə heyəti bu danışıqlarda iki əsas məqsədlə iştirak edir. Birincisi, əsirlərin geri qaytarılması da daxil olmaqla humanitar məsələlərin həlli. İkincisi isə odur ki, heç kim Ukraynanı sülh istəməməkdə ittiham edə bilməsin. Belə cəhdlər müxtəlif ölkələrdə, o cümlədən tərəfdaş dövlətlər arasında kifayət qədərdir”.

Onun sözlərinə görə, məhz bu səbəbdən Ukrayna danışıqlarda Kremlin nümayəndə heyətinin aşağı səviyyəli tərkibinə baxmayaraq, iştirak etməyə davam edir: “Ukraynanın göndərdiyi nümayəndə heyətinin tərkibi bir daha göstərir ki, bizim əsas prioritetimiz təhlükəsizlik və humanitar məsələlərdir. Qalan mövzular isə ikinci dərəcəlidir”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*