Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib.
KONKRET.az xəbər verir ki, Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.
Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.
Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı bildirilir.
Rusiya tərəfi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinin vurulduğunu iddia etsə də, Kiyev çoxmərtəbəli yaşayış binasının hücuma məruz qaldığını açıqlayıb.


