Kiyevdə və ətraf bölgədə təcili elektrik kəsintiləri tətbiq edildibackend

Kiyevdə və ətraf bölgədə təcili elektrik kəsintiləri tətbiq edildi

Ukraynanın paytaxtı Kiyevdə və vilayətində oktyabrın 11-də səhər saatlarında təcili elektrik enerjisi kəsintilərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DTEK şirkəti məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər “Ukrenerqo”nun göstərişi ilə tətbiq olunub.

Qeyd edilib ki, təcili kəsintilər zamanı əvvəlcədən müəyyənləşdirilmiş elektrik təchizatı qrafikləri qüvvədə olmur.

Ukraynanın bir sıra bölgələrində də Rusiya ordusunun enerji obyektlərinə raket və dron hücumlarının nəticələri ilə əlaqədar elektrik istehlakına məhdudiyyətlər tətbiq edilib. Bütün istehlakçı kateqoriyaları üçün saat 16:00-dan 23:59-dək elektrik enerjisinin növbəli şəkildə kəsilməsi nəzərdə tutulub.

Ekspertlərin qiymətləndirmələrinə görə, hücumlar davam edərsə, qış aylarında Kiyevdə elektrik enerjisinin verilişində gündəlik 4–6 saatlıq fasilələr yarana bilər. Daha ağır ssenaridə isə elektrik təchizatının sutkada 18 saatadək dayandırılması, həmçinin su təchizatında problemlərin yaranması mümkündür.

Mümkün fövqəladə vəziyyət risklərini nəzərə alan Kiyev sakinlərinə əvvəlcədən su və ərzaq ehtiyatı toplamaq tövsiyə olunub.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*