Kiyevin müxtəlif yaş qruplarından olan sakinləri ballistik raketlərlə hücumların intensivləşəcəyi təqdirdə paytaxtı tərk edib-etməyəcəkləri barədə danışıblar.
KONKRET.az xəbər verir ki, bu barədə UNİAN-ın müxbiri Kiyev sakinləri arasında sorğu keçirib.
Sorğuda iştirak edənlərin əksəriyyəti şəhəri tərk etməyi düşünmədiklərini bildiriblər. Onların sözlərinə görə, getməyə başqa yerləri yoxdur.
Kiyevlilərin bir çoxu həmçinin hava hücumu xəbərdarlığının başlaması ilə raket zərbələri arasında cəmi bir neçə dəqiqə vaxt olduğunu və bu müddətdə sığınacağa çatmağa imkan tapmadıqlarını deyiblər. Bu səbəbdən bəzi sakinlər evlərində qalmağa məcbur olduqlarını bildiriblər.
Respondentlərdən bir neçəsi isə yaşadıqları ərazinin yaxınlığında ümumiyyətlə sığınacaq olmadığını qeyd edib.
Kiyev sakinlərindən biri vəziyyəti belə ifadə edib: “Biz ən yaxşı həyatımızı yaşayırıq”, digər biri isə “Divanda oturub ruletka oynayıram: raket gələcək, yoxsa gəlməyəcək” deyib.
Natiq Səlim,
KONKRET.az
