Kobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idibackend

Kobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi

ABŞ ilə kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Bizim çox böyük ümidlərimiz var ki, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələri yenidən başlada biləcəyik. Biz münasibətləri keyfiyyətcə bərpa etmək və real strateji tərəfdaşlıq haqqında danışmağa başlamaq istəyirik. İndiyə qədər bizim ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi. Yeni administrasiyanın cəmiyyətimizin dəyərlərinə zidd olan tələblər qoymayacağına əsaslı ümidimiz var”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ son etirazlarla əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*