Kondisionerdən istifadə edərkən bu qaydaları unutmayın, əks halda… – XƏBƏRDARLIQbackend

Kondisionerdən istifadə edərkən bu qaydaları unutmayın, əks halda... - XƏBƏRDARLIQ

Kondisionerli otaqlarda insanların tez-tez xəstələnməsi təsadüfi deyil.

Bu barədə KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, kondisioner düzgün istifadə olunmadıqda sağlamlıq üçün ciddi risk yaradır.

Hər gecə yandırdığınız ağcaqanad dərmanlarının ŞOK FƏSADLARI - Nələrə səbəb  olur? | KONKRET

Onun sözlərinə görə, ilk növbədə kondisionerli mühitlə isti hava arasındakı böyük temperatur fərqi bədən üçün təhlükəlidir:

“Çöldə 40 dərəcə isti, otaqda isə 16-18 dərəcə sərinlik bədənin temperatur balansını pozur. Bu isə immun sistemini zəiflədir və nəticədə soyuqdəymə, qrip və digər xəstəliklər qaçılmaz olur”, – deyə həkim qeyd edib.

Bundan əlavə, bədən temperatur dəyişikliklərinə adaptasiya edə bilmədikdə xəstələnmə riski daha da artır.

Həkim onu da vurğulayıb ki, kondisioner filtrləri mütəmadi təmizlənməlidir:

“Əks halda, cihaz havaya toz, mikrob, kif və allergenlər yayır. Bu da tənəffüs yollarında iltihab və infeksiyalara səbəb olur.”

Tərləmiş halda kondisioner qarşısında oturmaq isə daha təhlükəlidir. Çünki bu zaman bədən sürətlə soyuqlaya və xəstələnə bilər. Tər ifraz edən bədən sürətlə soyuduqda immun sistemi zəifləyir və nəticədə soyuqdəymə, əzələ spazmları, oynaqlarda ağrılar, hətta nəfəs yollarının iltihabı ilə qarşılaşmaq mümkündür.

Eyni risk isti çay və ya qəhvə içdikdən sonra soyuq hava ilə təmasda da yaranır. İsti içkilər bədəni isitdiyi üçün dərhal ardından soyuq hava ilə təmas daha tez xəstələnməyə səbəb olur.

Lətifova əlavə edib ki, kondisioner altında uzun müddət qalmaq olmaz və gün ərzində təbii havalandırmaya üstünlük vermək lazımdır.

Həkim sonda vətəndaşlara məsləhət görüb ki, kondisionerdən istifadə zamanı bu qaydalara əməl etsinlər və sağlamlıqlarını riskə atmasınlar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*