Konqoda dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçdıbackend

Konqoda dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçdı

Konqo Demokratik Respublikasının Matadi şəhərində dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçıb.

KONKRET.az-ın xəbərinə görə, səhər saatlarında 2 silahlı şəxs həbsxananın girişinə yaxınlaşaraq nəzarətçiləri tərksilah edib və qapıları açıb.

Bunun ardınca yüzlərlə dustaq həbsxananı tərk edib. Şəhər polis rəisinin məlumatına görə güc strukturları havaya atəş açaraq qaçanlara mane olmaq istəyib. Lakin 300-dən çox dustaq onları tərksilah edib, 2 nəfəri isə yaralayıb. Həbsxanada şənbə gününə olan siyahıya görə 797 dustaq olmalı idi. Hazırda qaçanların siyahısı tərtib edilir.

1939-cu ildə tikilmiş həbsxana 150 nəfər üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*