“Koroğlu” metrosunun qarşısındakı küçə tam bağlanırbackend

"Koroğlu" metrosunun qarşısındakı küçə tam bağlanır

Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metrostansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə aşağıdakı tarixlərdə tam məhdudiyyət tətbiq olunacaq:

21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;

22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;

23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*