Kreml təsdiqlədi: Krım körpüsünün partladılması…backend

Kreml təsdiqlədi: Krım körpüsünün partladılması...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krım körpüsü yaxınlığında partlayışla bağlı məlumatı təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Peskov hadisənin həqiqətən də baş verdiyini, lakin körpünün konstruksiyasına ziyan dəymədiyini deyib.

“Həqiqətən də partlayış olub. Heç bir ziyan dəyməyib. Körpü işləyir… Rusiya tərəfi müvafiq ehtiyat tədbirləri görür…”, –  Peskov bildirib.

Dünən Ukrayna Təhlükəsizlik Xidməti körpünün sualtı dayaqlarını partlatmaq üçün xüsusi əməliyyat elan edib. Departament qeyd edib ki, hücum səhər saat 04:44-də baş verib və yükün gücü trotil ekvivalentində 1100 kq olub. Ukrayna tərəfinin məlumatına görə, hazırda obyekt qəzalı vəziyyətdədir.

Bundan əvvəl SBU Kerç boğazındakı Krım körpüsündə iki dəfə – 2022-ci ilin payızında və 2023-cü ilin yayında partlayışlar həyata keçirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*