backend

Kürdəmir sakinindən külli miqdarda narkotik götürüldü

Kürdəmir rayon Sığırlı kənd sakini Nəbiyev Fəxrəddin Rəhim oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşınması, eləcədə yaşadığı evdə saxlaması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nəbiyev Fəxrəddinin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidə 1 ədəd sintetik torbada təmiz çəkisi 635 qram, 5 ədəd plastik vedrələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 825 qram,1 250 qram, 910 qram, 975 qram və 1 220 qram ümumi çəkisi 5 815 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

F.Nəbiyev saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*