Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mersedes” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.
