Kuryoz HADİSƏ: Qazdığı çuxura özü düşdübackend

Kuryoz HADİSƏ: Qazdığı çuxura özü düşdü

Braziliyanın məşhur Kopakabana çimərliyində 22 yaşlı britaniyalı turist Jensen Sturgeon qazdığı çuxura düşərək qumun altında qalıb.

KONKRET.az xəbər verir ki, ad gününü dostları ilə birlikdə qeyd etmək üçün Braziliyaya gedən Sturgeon çimərlikdə sıxıldığı üçün 2,5 metr dərinliyində çuxur qazmağa başlayıb.

Qumun çökməsi nəticəsində o, qəfil içəri düşüb və bir müddət başı da daxil olmaqla bədəni tamamilə qumun altında qalıb. Onu xilas etmək təxminən üç saat çəkib. Gənc turistin vəziyyəti hazırda stabildir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*