Kütləvi davada qətli törədənlərin kimliyi bilindibackend

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emil” və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğu bəlli olub.

Hadisə yerindən qaçmış həmin şəxslər hazırda axtarışdadırlar.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*