Küveytdə yerləşən ABŞ hərbi obyektlərində iki güclü partlayış qeydə alınıb.
KONKRET.az xəbər verir ki, İranın kütləvi informasiya vasitələri, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın resurslar Küveyt ərazisində güclü partlayışların baş verdiyini xəbər verir. İlkin məlumatlara görə, insidentlər Bubiyan adasında və “Virciniya” hərbi düşərgəsində baş verib. Hər iki obyekt ABŞ hərbçilərinin regiondakı dislokasiya yerləri kimi tanınır.
Musavat.com xəbər verir ki, yerli kanallara istinad edən mənbələr partlayış səslərinin xeyli məsafədən aydın eşidildiyini bildiriblər. “Virciniya” düşərgəsi ABŞ kontingenti üçün mühüm logistik və tranzit qovşağı rolunu oynadığı üçün, onun ərazisində baş verən hər hansı hadisə Tehranın hərbi müşahidəçilərinin diqqətini dərhal cəlb edir.
Hazırkı məqamda ABŞ və Küveytin müvafiq müdafiə qurumlarının rəsmi nümayəndələri bu məlumatlarla bağlı hələlik heç bir şərh verməyiblər.
Natiq Səlim,
KONKRET.az
