Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenumunda KXDR ABŞ-yə qarşı sərt strategiya izləmək niyyətində olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb: “Son çıxış KXDR-in uzunmüddətli milli maraqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün ardıcıl olaraq həyata keçiriləcək ABŞ-yə qarşı sərt cavab strategiyasını vurğulayır”.
KCNA onu da qeyd edib ki, plenum zamanı ABŞ antikommunizmin daimi dövlət strategiyası kimi göründüyü ən mürtəce dövlət adlandırılıb. Xatırladaq ki, dekabrın 16-da ABŞ KXDR-in 11 vətəndaşına, həmçinin Rusiya və Şimali Koreyadan olan 8 təşkilata qarşı sanksiya tətbiq edib.
Vəli Həsənoğlu,
KONKRET.az