Cənubi Koreya Şimali Koreyaya (KXDR) sanksiya tətbiq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilib ki, bu addım KXDR-nin ballistik raket sınaqdan keçirməsinə görə atılıb.
Vurğulanıb ki, Şimali Koreya tərəfindən bu sınağın keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır və adıçəkilən ölkənin hərəkətləri kəskin şəkildə pislənilməlidir.
Məlik,
KONKRET.az