Laçın sakini Ağcabədidə boğulub öldü – SƏBƏBbackend

Laçın sakini Ağcabədidə boğulub öldü - SƏBƏB 

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib.

KONKRET.az “Unikal”a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib.

Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.

Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*