Lavrov Ermənistana səfər edəcək – SƏRT REAKSİYA (FOTO)backend

Lavrov Ermənistana səfər edəcək - SƏRT REAKSİYA (FOTO)

Rusiya xarici işlər naziri Sergey Lavrov 20–21 may tarixlərində Yerevana işgüzar səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində Lavrovun Ermənistan Prezidenti, Baş naziri və Xarici İşlər naziri ilə görüşləri planlaşdırılıb.

Bu səfərin fonunda Ermənistanın iqtidaryönlü politoloqlarından Ruben Meğrabyan sosial şəbəkədə qalmaqallı paylaşım edərək Lavrovu rus hərbi gəmisinin “kursu” ilə yola salıb. Onun bu ifadəsi Rusiya-Ermənistan münasibətlərindəki gərgin fonu bir daha gündəmə gətirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*