Lavrov ETİRAF ETDİ: Putin hədəfdədirbackend

Lavrov ETİRAF ETDİ: Putin hədəfdədir

Rusiya xarici işlər naziri Sergey Lavrov Polşa XİN rəhbəri Radoslav Sikorskini Rusiya prezidenti Vladimir Putinin təyyarəsini hədələməklə “terror aktlarına hazır olmaqda” ittiham edib.

KONKRET.az xəbər verir ki , Lavrovun sözlərinə görə, Moskvanın mövqeyi dəyişməz olaraq qalır və Rusiya, Putin ilə Trampın Alyaska sammitində əldə etdikləri razılaşmalara sadiqdir.

O, Qərb mediasının, xüsusilə, CNN-in sammitin təxirə salınması barədə iddialarını “dezinformasiya” adlandırıb.

Rusiyalı diplomat əlavə edib ki, əsas məsələ görüşün yeri deyil, Ankoricdə əldə olunan razılaşmaların icrasıdır. Lavrov həmçinin Qərbin və Kiyevin atəşkəs təkliflərini “nasist rejiminin möhkəmlənməsi cəhdi” kimi qiymətləndirib və xüsusi əməliyyatın “uğurla davam etdiyini” vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*