Lənkəran-Lerik avtomobil yolundakı problem aradan qaldırıldı – VİDEObackend

Lənkəran-Lerik avtomobil yolundakı problem aradan qaldırıldı - VİDEO

Ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olmuşdur. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.

Bu barədə KONKRET.az-a AAYDA-dan məlumat verilib.

Bildirilir ki, yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə Yol İstismar MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*