Lənkəranda arvad ərini döyərək bıçaqlayıb.
KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib.
Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir – red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil isə pulunun olmadığını bildirib. Məsələdən əsəbiləşən Aytən Şadillə mübahisə edib və ona qazandığı pulları əxlaqsız qadınlara xərclədiyini bildirib. Şadil isə pullarını heç kimə xərcləmədiyini deyib. Bu vaxt Aytən mətbəx bıçağı ilə Şadilə hücum edib. O, Şadili ayaq nahiyəsindən bıçaqlayıb hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, araşdırmalar başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Aytən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Aytən bir müddət əvvəl də Şadili döydüyü üçün ona cinayət işi başlanılıb. Lakin Şadil həmin vaxt həyat yoldaşını bağışladığı üçün cinayət işinə xitam verilib.
Budəfəki prosesdə isə Şadil Aytəni bağışlamayıb və ona cəza verilməsini istəyib. Məhkəmənin hökmü ilə Aytənə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
