Lənkəranda karantində toy keçirildi? – RƏSMİ AÇIQLAMAbackend

Lənkəranda karantində toy keçirildi? - RƏSMİ AÇIQLAMA

Bəzi internet resurslarında karantin dövrundə Lənkəranda guya toy mərasimlərinin keçirilməsi ilə bağlı məlumat yayılıb.

Sözügedən məsələilə bağlı KONKRET.az-a Lənkəran şəhər İcra Hakimiyyətindən  bildirilib ki, bunlar həqiqəti əks etdirməyən informasiyalardır.

“Lənkəran ŞİH başçısı Taleh Qaraşovun Lənkəran şəhərində “Dəniz” adında restoranı və ümumiyyətlə respublikada, eləcə də respublikadan kənarda heç bir ictimai iaşə obyekti yoxdur. Xahiş edirik, belə əsassız, ictimaiyyətdə çaşqınlıq yaratmağa hesablanmış məlumatların yayılmamasına diqqət yetirəsiniz. Əlavə olaraq bildirik ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Lənkəran şəhərində heç bir ictimai iaşə obyektində  toy mərasimləri və ya hər hansı kütləvi tədbir keçirilməyib və keçirilmir. Şəhər İcra hakimiyyətinin birbaşa rəhbərıiyi ilə rayonun hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlar bu məsələyə ciddi  nəzarət edirlər. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının müvafiq şöbəsi ölkədə fəaliyyət göstərən bütün media nümayəndələrinə hər hansı hadisə ilə bağlı sorğu və ya birbaşa telefon əlaqəsi yaratmaqla məlumat verir. Odur ki, hər hansı hadisə ilə bağlı məlumat dərc edərkən İcra hakimiyyəti ilə əlaqə saxlmağı tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*