Lənkəranda kişini elektrik cərəyanı vurub.
KONKRET.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayonun Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və elektrik cərəyan onu vurub.
O Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
