“Kanada ABŞ-ın İranın nüvə silahı əldə etməsinin və rejiminin beynəlxalq sülh və təhlükəsizliyi daha da təhdid etməsinin qarşısını almağa yönəlmiş hərəkətlərini dəstəkləyir”.
KONKRET.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bildirib.
Vəziyyətlə tanış olan bir mənbə Reuters agentliyinə bildirib ki, ABŞ-ın Hərbi Katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn hazırda Prezident Donald Trampın qaldığı Florida ştatının Mar-a-Laqo şəhərindən ABŞ-ın İrana qarşı hücum kampaniyasını izləyir.
Müşviq Tofiqoğlu
KONKRET.az
