Lənkəranda qəza ölümə səbəb oldu — FOTObackend

Lənkəranda qəza ölümə səbəb oldu — FOTO 

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralınn rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib.

Rayonun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi, rayonun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*