Leyla Əliyeva Özbəkistanda bu tədbirdə çıxış etdi – FOTOLARbackend

Leyla Əliyeva Özbəkistanda bu tədbirdə çıxış etdi – FOTOLAR

Oktyabrın 21-22-də Özbəkistanın Səmərqənd şəhərində “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” mövzusunda Ümumdünya Sammiti keçirilib.

KONKRET.az bildirir ki, sammitin açılış mərasimində Özbəkistan, Qırğızıstan, Türkiyə, Livan və Zimbabvenin birinci xanımları, eləcə də beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri çıxış ediblər.

Sammit çərçivəsində təşkil olunan tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Anar Bayramov iştirak ediblər.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında çıxış edib.

100-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyi sammitdə uşaqların sağlamlığının qorunması, sosial rifahının və inkişafının təmin edilməsi, eləcə də uşaq onkologiyası sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sammit çərçivəsində keçirilən “Gələcək nəsillərə investisiya: uşaqların ehtiyaclarına həssas sosial müdafiə sistemləri” mövzusunda 2-ci plenar sessiyada çıxış edən səhiyyə naziri Anar Bayramov Azərbaycanda uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir çıxışında qeyd edib ki, bu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun layihələri də uşaqların sağlamlığının, təhsilinin və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.

Anar Bayramov uşaqların sağlamlığının qorunmasına yönəlmiş tədbirlərin insan kapitalının gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyətini də vurğulayıb.

Sammitin yekununda uşaqların sağlamlığı, sosial müdafiəsi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini əks etdirən “Səmərqənd Bəyannaməsi” qəbul olunacaq.

Leyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib - FotoLeyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib - FotoLeyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib - FotoLeyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib - FotoLeyla Əliyeva Özbəkistanda keçirilən Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresdə çıxış edib - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*