Leyla Əliyevadan fermer qadına incə davranış – Videobackend

Leyla Əliyevadan fermer qadına incə davranış - Video

Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

KONKRET.az xəbər verir ki, o bu haqda instaqram hesabında yazıb.

O bildirib ki, L. Əliyeva Lənkərana, “Citrus Valley”ə səfəri zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona qolf maşını hədiyyə edib.

“62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil! Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır.

Əzizim Leyla xanım Əliyeva bağımıza son səfəri zamanı yaşımı va ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq, bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik…

Bu gün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadacə bir hədiyyə deyil. Bu, daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul va insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur.

Səmimi diqqətinə va qayğısına  görə minnətdaram”, – o vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*