Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmirlər: Aidiyyəti qurum niyə tədbir görmür? – VİDEObackend

Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmirlər: Aidiyyəti qurum niyə tədbir görmür? - VİDEO

Xətai rayonunun Sarayevo küçəsi, 32 ünvanında yerləşən 9 mərtəbəli binada liftin işləməməsi sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, binada aparılan təmir işləri ilə əlaqədar liftlərin fəaliyyəti dayandırılıb.

KONKRET.az xəbər verir ki, hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etməli olurlar.

Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.

Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu iddia edirlər. Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*