Lionel Messinin Bakıya səfəri başa çatdıbackend

Lionel Messinin Bakıya səfəri başa çatdı

Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin “İnter Mayami” klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakıya səfəri başa çatıb.

KONKRET.az xəbər verir ki, qonaqlar bu gün Azərbaycanı tərk ediblər.

Əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*