London öz qoşunlarını İsrailə göndərdibackend

London öz qoşunlarını İsrailə göndərdi

Yüksək rütbəli zabitin başçılıq etdiyi Britaniya hərbi komandası İsrailə yola düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News”a Britaniyanın müdafiə naziri Con Healy bildirib.

Nazirin sözlərinə görə, əməliyyat planlaşdırma təcrübəsi olan az sayda britaniyalı hərbçi artıq İsrailə gəlib.

Britaniya Qəzza zolağında kövrək atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcək. Healy qeyd edib ki, Birləşmiş Ştatların tələbi ilə Britaniya ordusuna rəhbərlik etmək üçün general-mayor komandir təyin edilib. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən məsul amerikalı komandirin müavini vəzifəsində çalışacaq .

Healy vurğulayıb ki, London regionda sülhün bərqərar olmasında mühüm rol oynamaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*