Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin diqqətini müasir döyüş meydanında atıcı silahların əhəmiyyətinə yönəldib.
KONKRET.az xəbər verir ki, Lukaşenko bildirib ki, döyüş meydanında nəticəni hər şeydən əvvəl insanlar müəyyən edir və buna görə də hər bir əsgərin etibarlı atıcı silahla təmin olunması vacibdir.
“Bu silah olmadan heç nə edə bilmərik. Bu, çox vacibdir, istənilən ordunun əsasını təşkil edir”, – deyə Belarus lideri bildirib.
Lukaşenko vurğulayıb ki, Belarusda istənilən hərbi qulluqçunu lazımi silahla təmin etmək üçün bütün imkanlar mövcuddur.
“Buna görə də qarşıya özümüz istehsal etmək vəzifəsi qoyuldu. Biz bunu etdik”, – deyə o qeyd edib.
Belarus prezidentinin sözlərinə görə, ölkədə istehsal olunan atıcı silah nümunələri artıq ordunun silahlanmasına qəbul edilib.
Lukaşenko həmçinin yeni silahların keyfiyyətinin təkmilləşdirilməsi baxımından tənqidi fikirlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, məhsulla bağlı hər bir rəy, xüsusilə də tənqidi yanaşma istehsalçılara çatışmazlıqları aradan qaldırmağa və silahları daha da təkmilləşdirməyə imkan verir.
Ağagül Mürsəlov,
KONKRET.az
