Mağazada döyülən qadın danışdı: “Demişdi ki, səni….” – VİDEObackend

Mağazada döyülən qadın danışdı: “Demişdi ki, səni....” – VİDEO

Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edilib.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov onu təqib edərək dəfələrlə öldürəcəyi ilə hədələyib:

“Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi. İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam”.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*