Mahir yenə heyətdən kənarda qaldıbackend

Mahir yenə heyətdən kənarda qaldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, komanda 9-cu tur çərçivəsində səfərdə “Karlşluher”in qonağı olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Kayzerslautern”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla belə, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, 27 yaşlı futbolçu son 5 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş siyahısına salınmayıb.

Xatırladaq ki, Mahir Emreli yay transfer pəncərəsində Almaniya klubuna keçib və mövsümün əvvəlindən bəri cəmi 3 liqa oyununda meydana çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*