Makronun gizli həyatı – Fransa prezidenti paparassilərdən niyə gizlənir?backend

Makronun gizli həyatı - Fransa prezidenti paparassilərdən niyə gizlənir?

Fransa prezidenti Emmanuel Makron paparassi fotolarına görə qalmaqala düşən sələfi Fransua Ollandın taleyini təkrarlamamaq üçün həyatının bütün məqamlarını mümkün qədər gizli saxlamağa çalışır. 

 KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

“Bu gün Makronun yaxın adamları onun haqqında “hiper qapalı”, “superparanoyak”, “sirli”  sözləri işlədirlər. 2014-cü ildə Fransua Ollandın Parisin 8-ci rayonunda, Rue du Cirk küçəsində skuterdə aktrisa Julie Gayet ilə gizli görüşməyə hazırlaşanda Makron onu izləyənlər arasında olub. Yelisey Sarayının baş katibinin müavini kimi Emmanuel Makron “partlayışı” daxildən izləyib. O, bu məsələdə Fransua Ollanddan kifayət qədər çox şey öyrənib. Makron keçmiş prezidentən daha çox diqqəti əldən verməməyi öyrənib.

Makronun öz ətrafında məxfilik aurası yaratmaq ehtiyacını gücləndirən başqa bir hadisə də var. 2017-ci il seçki kampaniyası zamanı rusiyalı  hakerlər Makronun komandasının elektron-poçt ünvanlarını sındırandan sonra, internetə 20 min saxta elektron-poçt sızdırıldı. Bu, onun seçkidə qalib gəlməsinə mane olmasa da, ardınca arvadı Bricit ilə münasibətində  Makron çox əziyyət çəkdi.  “Le Monde”nin həmsöhbətləri deyirlər ki, o vaxtdan bəri Yelisey sarayında həyat  qapalıdır. Ollandla qalmaqalı nəzərə alan Makron fərdi şəxslərlə səfərlərdən yayınmağa çalışır və bir qayda olaraq, yalnız Fransa paytaxtının VI, VII və XV rayonlarındakı adi restoranlarına gedir.  Üstəlik, hakimiyyətə gəldikdən sonra haqqındakı məlumatların mətbuata sızmasından ehtiyat edərək bəzi hərəkətlərini məhdudlaşdırıb. Hətta o, Parisi gəzərkən və ictimai tədbirlərdə iştirak edərkən beş nəfərdən ibarət öz mühafizəsinə etibar edir. Prezident isə mütəmadi olaraq özü və arvadı haqqında şayiələr yayan hər kəsi məhkəməyə verməyə çalışır. Hətta Marsel yaxınlığında tətildə olarkən onu izləyən paparassilərdən bəziləri  məhkəmə qarşısına çıxarılıb. Makronun media materiallarının “düzgün” təqdimatına nəzarət  77 yaşlı Mişel Marçana həvalə edilib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*