Makronun qaldığı otelin yaxınlığında partlayış: Prezidentə nə olub? – VİDEObackend

Makronun qaldığı otelin yaxınlığında partlayış: Prezidentə nə olub? - VİDEO

Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında bir neçə partlayış baş verib.

KONKRET.az xəbər verir ki, Reuters agentliyinin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yaydığı məlumata görə, partlayışlar Fransa nümayəndə heyətinin yerləşdiyi otelin yaxınlığında qeydə alınıb.

Yelisey Sarayından bildirilib ki, Dəməşqdəki “Four Seasons” otelinin yerləşdiyi ərazidə baş verən iki partlayış nəticəsində Emmanuel Makron xəsarət almayıb:

“Emmanuel Makron təhlükəsiz yerdədir, xəsarət almayıb və onun səfəri əvvəlcədən planlaşdırıldığı kimi davam edir”, – deyə Yelisey Sarayının açıqlamasında qeyd olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*