Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətindən narazı olanların sayı artaraq 82 faizə çatıb. Dövlət başçısının reytinqi isə rekord həddə — 15 faizə enib.
KONKRET.az xəbər verir ki, bu barədə “Ipsos” sosioloji araşdırma şirkəti və CESI mühəndislik məktəbinin keçirdiyi sorğunun nəticələrində bildirilib.
Oktyabrın 7-8-də 18 yaşdan yuxarı 1000 Fransa vətəndaşı arasında keçirilən araşdırmaya əsasən, sentyabrda Makronun reytinqi 16 faiz təşkil edib. Həmin vaxt bu göstərici “Ipsos”un sorğularında ən aşağı nəticə kimi qeydə alınmışdı.
Sorğuda iştirak edənlərin 22 faizi Fransanın Baş naziri Sebastyan Lekornünün fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 69 faizi isə hökumət başçısının fəaliyyətindən narazı olduğunu bildirib.
Sosioloqlar 2027-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlərə münasibəti də araşdırıblar. Sorğuda Jordan Bardella 33 faiz, Marin Le Pen 32 faiz, Fransanın sabiq baş naziri Eduard Filip isə 20 faiz dəstək toplayıb.
Günay Əli
KONKRET.az
