“Manato” bağlanır? – Kredit verilməsi məhdudlaşdırıldıbackend

“Manato” bağlanır? - Kredit verilməsi məhdudlaşdırıldı

“SF Azerbaijan” şirkətinə məxsus “Manato”kredit təşkilatına məhdudiyyət qoyulub.

KONKRET.az xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, “Manato” kredit verilməsini dayandırıb.

Sayta daxil olub, kredit əldə etmək istəyən vətəndaşlar ilk baxışda texniki xəta olduğunu düşünürlər, lakin kredit verilməsi dayandırılıb.

Hazırda şirkət borcların toplanması işi ilə məşğuldur.

Məhdudiyyətin yaxın zamanlarda aradan qaldırılıb-qaldırılmayacağı isə məlum deyil.

Qeyd edək ki, “SF Azerbaijan” Latviyanın “Sun Finance Group” şirkəti tərəfindən yaradılıb.  Azərbaycanda bu şirkət “Manato” və “Pulum.az” əmtənişanları adı altında fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*